Bakıda bəzi yerlərdə yağış yağacaq

Bu günə olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq. Lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 14-17°, axşam 12° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava proqnozlaşdırlır. Lakin səhər bəzi şərq rayonlarında çiskinli yağış yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gündüz 15-20° isti, dağlarda gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə