Bakıda 78 yaşlı kişini avtomobil vuraraq öldürüb. SİA xəbər verir ki, ötən gün 06:37 radələrində 1977-ci il təvəllüdlü Mürşüdov Hafiz Kamandar oğlu idarə etdiyi "Ford Doblo" markalı avtomobillə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 189 ünvanında yolu keçmək istəyən 1945-ci il təvəllüdlü Ağayev Vaqif Rəhim oğlunu vurub, piyada aldığı xəsarətlərdən elə həmin gün Kliniki Tibbi Mərkəzdə vəfat edib.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB