Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi onlayn formatda davam edir. Belə ki, test imtahanı mərhələsində uğur qazanmış 17 minə yaxın təhsilverən müsahibə mərhələsinə dəvət edilib.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilən məlumata görə, cari tarixə qədər 7 minə yaxın təhsilverənin müsahibəsi yekunlaşıb. Müsahibə nəticələri ilə bağlı məlumatlar isə mütəmadi qaydada təhsilverənlərin şəxsi kabinetlərinə göndərilir.
Qeyd olunub ki, təhsilverənlərin sertifikatlaşdırılmasının müsahibə mərhələsinə 17 sentyabr tarixində başlanılıb və prosesin 20 oktyabr tarixinədək davam etdirilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB