ADA universitetinin tələbələri İnci Hüseynli, Mədinə Xəlilli, Mələk İsalı, Səid Pirəliyev, Zəhra Salmanlı tərəfindən cəmiyyətdə əlilliyi olan insanların inteqrasiyasını təmin etmək üçün maarifləndirməni artırmaq və əlçatanlığı təşviq etmək məqsədilə “Məndən yox, mənimlə danış” layihəsinə start verilib.
Layihənin tərəfdaşları “Regional İnkişaf” İctimai Birliyi, “Əlil Təşkilatlat İttifaqı”, “Kashalata” kafe, “Birgə və Sağlam” İctimai Birliyi, “Ümid Var” inklüsuv yaradıclıq mərkəzidir.
Layihə çərçivəsində əlilliyi olan şəxslərlə bağlı stereotipləri dəyişmək, onlarla düzgün davranış qaydalarını aşılamaq üçün məktəblərdə təlimlər keçirilir, əlilliyi olan və olmayan uşaqların birgə mühitdə uğurlu əməkdaşlırlarını təmin etmək üçün tədbirlər həyata keçirilir, maarifləndirici videolar vasitəsilə cəmiyyətdə bu məsələnin həllinə dair addımlar atılır.
Bu yaxında layihə çərçivəsində ehtiyacı olan şəxslərin əlil arabası ilə təmin edilməsi məqsədilə fundraising təşəbbüsü başladılmış və kimliyinin anonim qalmasını arzu edən bir şəxs tərəfindən 10 ədəd əlil arabası bağışlanmışdır. Belə məsələlərə biganə qalmayan insanların olması çox sevindirici bir haldır. Bu bağış layihənin öz məqsədlərinə doğru irəlilədiyinin, bu problemə eyni həssaslıqla yanaşan insanları öz ətrafına toplaya bildiyinin sübutudur.
Layihə çərçivəsində artıq ehtiyacı olan iki şəxs əlil arabası ilə təmin edilmişdir. Muraciət edənlərdən biri anasının araba ilə təmin edilməsi üçün müraciət etmiş atasını itirmiş, anası diabet xəstəliyi səbəbindən hər iki ayağını itirmiş bir qadındır, o, uşağın anası onu tərk etdiyi üçün evdə rəfiqəsinin əlilliyi olan övladına da baxır. Digər əlil arabası isə yerimə məhdudiyyəti olan və eyni zamanda danışma qabiliyyəti məhdud olan övladını təkbaşına böyüdən bir anaya təqdim olunmuşdur. Onun da bu vaxta qədər əlil arabası yox idi. Bundan əlavə, bir əlil arabasının Şəki şəhərində yerləşən Bonum Klinikasına bağışlanması nəzərdə tutulur.
Layihənin gələcək planlarına bu təşəbbüslərin davam etdirilməsi və maarifləndirmə prosesinə daha böyük töhfə verilməsi daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB