Belçika-Azərbaycan Ticarət Palatası (BELGAZERCOM) Bakıda ofis açıb ki, bu da ikitərəfli işgüzar əlaqələrin inkişafında mühüm mərhələdir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə BELGAZERCOM-un sədri Stef Qoris sentyabrın 30-da Bakıda keçirilən üçüncü biznes missiyası çərçivəsində Trend-ə özəl müsahibəsində deyib.
"Bakıda ofis açmışıq və ona Rüfət Quliyev rəhbərlik edəcək. O həmçinin Belçikada biznes fəaliyyəti ilə maraqlanan Azərbaycan şirkətləri üçün əsas əlaqələndirici şəxs olacaq və onlara uyğun tərəfdaşlar tapmaqda kömək edəcək. O bu və əvvəlki missiyalar zamanı bunu çox səmərəli şəkildə həyata keçirib. Bizim üçün bu, Azərbaycan və Belçika arasında işgüzar əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm mərhələdir", - deyə o bildirib.
Qoris qeyd edib ki, Azərbaycan şirkətləri Belçikadan əldə edilə bilən yüksək texnologiyalı məhsullara maraq göstərə bilərlər.
"Biz bilirik ki, Azərbaycan hökuməti bərpa olunan enerjinin inkişafına fəal şəkildə çalışır. Avropaya isə bu enerji resursları lazım olacaq. Yeri gəlmişkən, Belçika şirkətləri artıq bu prosesdə iştirak edir. Onların arasında quruda külək turbinlərinin istehsalı üçün zəruri olan ağır yükqaldırma işləri ilə məşğul olan "Sarens Group" da var. Bu turbinlər elektrik enerjisi istehsal edəcək və həmin enerjinin Qara dənizdən keçən böyük kabel vasitəsilə Avropaya ötürülməsi planlaşdırılır. Biz bu təşəbbüsü alqışlayırıq", - deyə o bildirib.
Qorisin sözlərinə görə, Azərbaycan artıq İtaliyaya və Mərkəzi Avropa ölkələrinə qaz tədarükü də daxil olmaqla, Avropaya enerji resurslarının çatdırılmasında mühüm rol oynayır.
"Belçika bir qədər uzaqda yerləşsə də, hesab edirəm ki, gələcəkdə bərpa olunan enerji getdikcə daha böyük əhəmiyyət kəsb edəcək və bu da sözügedən sahəni bizim üçün xüsusilə maraqlı edir", - deyə o əlavə edib.
Cəmi 18 ay ərzində Azərbaycana üçüncü biznes missiyasının təşkilinə toxunan Qoris bildirib ki, palata gələn yaz ölkəyə yenidən səfər etməyi planlaşdırır.
"Bu dəfə dörd şirkət gətirmişik. Onlardan biri - "Move Intermodal nv" logistika şirkəti intermodal daşımalar, yəni dəmir yolu, avtomobil və dəniz nəqliyyatından istifadə sahəsində birgə müəssisə yaratmaq üçün konkret olaraq azərbaycanlı tərəfdaş axtarır. Şirkət öz məhsullarını İsveçin şimalından Bakıya vahid marşrut üzrə çatdırmaq istəyir. O, artıq İstanbulda analoji şirkət yaradıb", - BELGAZERCOM sədri deyib.
Onun sözlərinə görə, palatanın nümayəndələri mümkün əməkdaşlıq istiqamətlərini müzakirə etmək üçün Azərbaycanın bir neçə ən iri bankının və Azərbaycan İnvestisiya Holdinqinin nümayəndələri ilə də görüşlər keçiriblər.
Bu kontekstdə Qoris geosiyasi qeyri-müəyyənlik fonunda Orta Dəhlizin artan əhəmiyyətini vurğulayıb.
"Azərbaycan şimaldan cənuba və şərqdən qərbə uzanan marşrutların kəsişməsində yerləşir. Ukraynadakı müharibə, İran ətrafındakı vəziyyət, Hörmüz və Babül-Məndəb boğazlarının bağlanması, Süveyş kanalı ilə bağlı problemlər və Səudiyyə Ərəbistanında səhradan keçən boru kəmərinə hücumlarla əlaqədar dünyada mövcud olan problemlər fonunda hər kəs əhəmiyyəti getdikcə artan Orta Dəhlizə diqqət yetirir. Buna görə də biz Belçika şirkətlərimizin burada vaxtında təmsil olunmasını istəyirik", - deyə Qoris əlavə edib.
İkinci şirkət isə yüksək səviyyəli orijinal italyan mətbəxi üzrə ixtisaslaşan "Giuliano Group" olub.
"Biz "Bridge Group"un baş direktoru ilə görüşdük. Həmçinin "Sea Breeze" kurortunun təsisçisi Emin Ağalarovla görüşümüz oldu. "Sea Breeze"in miqyası bizim üçün əsl kəşf oldu. Layihə o qədər böyükdür və çoxsaylı istiqamətləri əhatə edir ki, hər kəs öz sahəsi üçün uyğun bir şey tapa bildi. Missiyamızın bütün iştirakçıları faydalı əlaqələr qurmağa və öz sektorlarında potensial imkanları müəyyənləşdirməyə nail oldular. Növbəti dəfə layihəni və onun potensialını daha ətraflı araşdırmaları üçün Flandriyadan daşınmaz əmlak sektorunda fəaliyyət göstərən şirkətləri gətirə bilərik", - deyə Qoris bildirib.
Onun sözlərinə görə, sonrakı əməkdaşlıq demək olar ki, dərhal başlayıb və qısa müddət ərzində missiyanın iştirakçıları ilə müzakirə olunan məsələlər üzrə əlaqə saxlanılıb.
"Bu, potensialının hələ də lazımi səviyyədə qiymətləndirilmədiyi və tam başa düşülmədiyi Avropadakı vəziyyətdən çox fərqlənir. Bu ölkədə insanların qısa müddətdə nə qədər səmərəli işləyə bilməsi məni çox təəccübləndirir. Hətta həftəsonu - şənbə və bazar günləri - çoxsaylı maraqlı görüşlərimiz oldu", - deyə o qeyd edib.
Qoris bildirib ki, nümayəndə heyətinin tərkibindəki üçüncü şirkət aşağıdan yuxarı suvarma sistemi ilə təbii ot örtükləri (qazon) istehsal edən "G&F Greentech" olub.
"Biz əməkdaşlığın mümkün istiqamətlərini müzakirə etmək üçün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) nümayəndələri ilə görüşdük", - deyə o bildirib.
Dördüncü şirkət isə videomeppinq üçün məzmunun hazırlanması və həyata keçirilməsi üzrə ixtisaslaşmış "Dirty Monitor" adlı kreativ studiya olub.
Gələcək biznes missiyalarından danışan Qoris bildirib ki, 2027-ci ilin aprelində keçirilməsi planlaşdırılan növbəti missiyada iştirak edə biləcək iki şirkət artıq müraciət edib.
"Sentyabr ayında biz həmçinin şirkətlərin maraqlarını təmsil edən Belçikanın ən böyük biznes təşkilatı olan "Voka Limburq" ilə Bakıya birgə tanışlıq missiyası təşkil etməyi planlaşdırırıq. Missiya çərçivəsində Azərbaycana çox sayda şirkət, o cümlədən Limburq əyalətinin aparıcı müəssisələri gələcək. Onlar Azərbaycan bazarı ilə tanış olacaq və işgüzar əməkdaşlığın inkişafı imkanlarını araşdıracaqlar", - deyə o əlavə edib.
Qoris qeyd edib ki, BELGAZERCOM Azərbaycanın istehlak bazarını daha yetkin hesab edir və yüksək səviyyəli mallara, eləcə də dəbdəbəli məhsullara tələbat 20 il əvvəlki vəziyyətlə müqayisədə artıb.
"Belçika şirkətlərinin istehsal etdiyi və potensial olaraq Azərbaycan bazarında təqdim oluna biləcək premium məhsullar var. Söhbət yalnız şokoladdan getmir: Belçikada pivə istehsalı da çox inkişaf edib - ölkədə çoxsaylı xüsusi növlər də daxil olmaqla, təxminən 2 500 marka pivə istehsal olunur", - deyə o bildirib.
Bundan əlavə, Qoris qeyd edib ki, Lyej hava limanı da Palatanın korporativ üzvü olub və xüsusilə yük hava daşımaları sahəsində Bakı ilə daha sıx əməkdaşlıq imkanlarını araşdırır.
"Mənim bildiyimə görə, Azərbaycanda əsasən yük daşımalarına yönəlmiş yeni hava limanı da tikilir. Buna görə də hesab edirəm ki, Lyej hava limanının onunla hava əlaqəsi yaradan ilk Avropa hava limanlarından biri olması faydalı olardı. Bu, Şərq və Qərb arasında yük qovşağının yaradılmasına töhfə verərdi", - deyə o bildirib.
Qorisin sözlərinə görə, əczaçılıq da əhəmiyyətli əməkdaşlıq potensialına malik digər sahədir.
"Belçika kimya və əczaçılıq sahəsində, o cümlədən "Janssen Pharmaceutica" kimi şirkətlərin fəaliyyəti sayəsində ciddi səriştələrə malikdir. Buna görə də Belçika və Azərbaycan şirkətlərinin bu sektorda necə əməkdaşlıq edə və imkanları inkişaf etdirə biləcəyini araşdırmalıyıq. Aydındır ki, görüləsi çox iş var və qarşıdakı aylarda nəyin üzərində çalışmalı olduğumuzu artıq bilirik", - deyə o yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
156 və 156A nömrəli müntəzəm marşrutlar üzrə avtobuslar yenilənir
İqtisadiyyat 11:19Bakıda iki yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb
Hadisə 10:35Azərbaycanda yeni ombudsman seçiləcək
Siyasət 10:34Kəlbəcərdə "KİA" divara çırpılıb, sürücü ölüb
Hadisə 05:04Bakının və Abşeronun bu ərazilərində işıq olmayacaq
Sosial 03:22Maduronun işinə baxan hakim 92 yaşında ölüb
Dünya 03:05Ərdoğan və Tokayev Ankarada görüşüblər
Dünya 02:21"Kəpəz" Azərbaycan Kubokunun 1/8 finalında
İdman 00:23Adil Kərimli Sudanın mədəniyyət naziri ilə görüşüb
Mədəniyyət 00:03Ərdoğan və Tramp arasında telefon danışığı olub
Dünya 28 Oktyabr 23:19Prezident İlham Əliyev dəmiryol qəzasına görə İspaniyaya başsağlığı verib
Siyasət 28 Oktyabr 23:03Beynəlxalq axtarışda olan şəxs Çindən Azərbaycana ekstradisiya olunub
Hadisə 28 Oktyabr 22:32Leyla Əliyeva Səlim bin Məhəmməd əl-Malik ilə görüşüb
Siyasət 28 Oktyabr 22:19Bratislavadan Bakıya ilk aviareys baş tutub
Sosial 28 Oktyabr 22:02Film tarixində ən yaxşı avtomobil adlandırıldı...
Texnologiya 28 Oktyabr 21:52Xoş yazışmaların sirləri bəlli oldu..?
Sosial 28 Oktyabr 21:27Puqaçova Rusiya üçün 2027-ci il haqqında bəyanatla maraqlanıb...
Şou-Biznes 28 Oktyabr 21:06Çində süni intellekt sahəsindəki qabarcıq partladı...
Texnologiya 28 Oktyabr 20:52Şəmkir sakini qonşusunu qətlə yetirib
Hadisə 28 Oktyabr 20:34Dövlət televiziyası 17 illik yalan üçün izləyicilərdən üzr istədi...
Dünya 28 Oktyabr 20:26Cəbhədən qaçan rusiya hərbçiləri Kiyevə çatmağa çalışıblar...
Dünya 28 Oktyabr 20:07Dövlət işçilərinin kütləvi şəkildə işdən çıxarılmasına başlanılıb...
Sosial 28 Oktyabr 19:51Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
Mədəniyyət 28 Oktyabr 19:46Moskvada çağırışçılara qarşı reydlər başlayıb...
Dünya 28 Oktyabr 19:26Niderland Ukraynaya üç il ərzində 1,2 mlrd. avro yardım ayıracaq
Dünya 28 Oktyabr 19:13“Sovet tədarük sistemi Rusiyanın regionlarına qaytarılsın!?.”
Dünya 28 Oktyabr 19:07Sahibə Qafarova İƏT Baş katibi ilə görüşüb
Siyasət 28 Oktyabr 18:59İspaniyada qatarlar toqquşdu: 68 nəfər öldü
Dünya 28 Oktyabr 18:54Çörçill Putinlə necə danışıqlar aparardı..?
Dünya 28 Oktyabr 18:51“Noyabr ayında hər şey dəyişəcək”
Dünya 28 Oktyabr 18:27Ruslar artıq Kremlin müharibəsinə görə pul ödəyirlər...
Dünya 28 Oktyabr 18:05Uşakov: Avropa ölkələri üçtərəfli danışıqlarda iştirak etməyəcək
Dünya 28 Oktyabr 17:56Azərbaycan Məkkə əl-Mükərrəmə Konvensiyasını imzalayıb
Siyasət 28 Oktyabr 17:48VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günü keçirilib - FOTOLAR
Mədəniyyət 28 Oktyabr 17:45İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
Sosial 28 Oktyabr 17:32Süni intellekt və ev tapşırıqları: Öyrənməyə kömək, yoxsa maneə? - EKSPERT AÇIQLADI
Təhsil 28 Oktyabr 17:15Netanyahu seçkilərdəki əsas rəqibi ilə koalisiyaya gedə bilər
Dünya 28 Oktyabr 17:08“Prezident beynəlxalq aləmə aydın humanist mesajlar ünvanladı” - ŞƏRH EDİLDİ
Siyasət 28 Oktyabr 17:03"Azərbaycan beynəlxalq hüququ öz gücü ilə bərpa edərək tarixi ədalətsizliyə son qoydu" - ŞƏRH
Siyasət 28 Oktyabr 16:38Prezidentdən dünyaya qəti və birmənalı mesaj - MƏQALƏ
Siyasət 28 Oktyabr 16:37Avropanın siyasi böhranı: Siyasi sifarişlər və ikili standartlar - MƏQALƏ
Siyasət 28 Oktyabr 16:32Azərbaycan və BƏƏ Müdafiə nazirlikləri arasında əməkdaşlığa dair "Yol Xəritəsi" imzalanıb
Siyasət 28 Oktyabr 16:30Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
İqtisadiyyat 28 Oktyabr 16:29"Qarabağ" 6 000 manat cərimələnib
İdman 28 Oktyabr 16:29Maliyyə Nazirliyinin vəzifələrindən biri ləğv olunub
İqtisadiyyat 28 Oktyabr 16:28“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirdi
Texnologiya 28 Oktyabr 16:19Azərbaycanlı boksçular Almaniya çempionatında uğurla çıxış ediblər
İdman 28 Oktyabr 16:06“Multikulturalizmin dayanıqlılığı bərabər hüquq və qarşılıqlı hörmətlə ölçülür” - MİLLƏT VƏKİLİ
Siyasət 28 Oktyabr 16:05Azərbaycan və Kot-d'İvuar arasında münasibətlərin inkişafı müzakirə edilib
Siyasət 28 Oktyabr 16:04Dövlət Turizm Agentliyi IX Dünya İnvestisiya Forumunda təmsil olunub
Turizm 28 Oktyabr 16:02"Hazırda Azərbaycanda 144 muzey fəaliyyət göstərir" - Səbinə Hacıyeva
Mədəniyyət 28 Oktyabr 15:25Bakıda əmək yarımarkası keçirilib, 1000-dən çox vakansiya təqdim olunub
Sosial 28 Oktyabr 15:19Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək
Turizm 28 Oktyabr 15:17"Bu gün tolerantlığın Azərbaycan modeli müxətlif platformalarda təqdir olunur" - DEPUTAT
Siyasət 28 Oktyabr 15:08“Coca-Cola İçecek” Azərbaycanın “One Idea University” innovasiya müsabiqəsi başa çatıb
Sosial 28 Oktyabr 14:42Bağlantıların və dəhlizlərin genişləndirilməsi region və Azərbaycan üçün vacib məqamlardandır - ŞƏRH EDİLDİ
İqtisadiyyat 28 Oktyabr 14:32Süni intellektlə idarə olunan 32 komanda virtual futbol meydanında mübarizə aparıb
Sosial 28 Oktyabr 14:18Hamının gördüyü, amma heç kimin məsuliyyətini üzərinə götürmədiyi işlər - KÖŞƏ
Sosial 28 Oktyabr 14:08Vəzifəli şəxslərə kənar fəaliyyətlərlə əlaqədar məhdudiyyətlər və qadağalar qoyulacaq
Siyasət 28 Oktyabr 13:52Özəl xəbərlər
Digər xəbərlərSüni intellekt və ev tapşırıqları: Öyrənməyə kömək, yoxsa maneə? - EKSPERT AÇIQLADI
Təhsil 28 Oktyabr 17:15
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8945
+0,20%
-
GBP
2,2645
+0,19%
-
RUB
2,1118
0,00%



