“Sülh və sərhədlərin delimitasiyası yeni iqtisadi və nəqliyyat imkanları yaradacaq” - İQTİSADÇI
"Ermənistanın Azərbaycanla ticarət əlaqələri qurmaq istəməsi iqtisadi münasibətlərin, mal mübadiləsinin baş verməsi kimi ticarət əlaqələri ola bilər". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Elçin Rəşidov deyib.

Onun sözlərinə görə, bu, təbii ki, iki ölkənin iqtisadi baxımdan xeyrinə olar: "Yəni hər iki ölkə bir-birinin mal və məhsullarını idxal edir, müxtəlif məhsullar gətirir.
Bu, eyni zamanda həm həmin ölkələrin özləri ilə, həm də başqa ölkələrlə, o ölkələr vasitəsilə əlaqələrin inkişafına, nəqliyyat xərclərinin, bank əməliyyatları və kommunikasiya xərclərinin aşağı düşməsinə səbəb olar. O cümlədən Azərbaycanın Türkiyə ilə əlavə nəqliyyat əlaqələri yaranar. Bu əlaqələrin yaranması başqa sahələrə də öz təsirini göstərə bilər.
Bu da, təbii ki, Ermənistanla Azərbaycan, Türkiyə və sair ölkələr arasında ticarət əlaqələrini, turizm əlaqələrini və digər münasibətləri daha da rahatlaşdırar və artırar. Hər ölkənin regional əhəmiyyətini artırar. Yəni düşünürəm ki, belə təsirləri olacaq"
— Növbəti beş il ərzində delimitasiya və demarkasiya prosesində nələr gözlənilir?
"Hər yerdə qeyd etdiyim üçün, bir az iqtisadiyyata aid olan sual olmasın, mən bunu da qeyd edim. Nə qədər ki, aramızda artıq sülh sazişi vardır və bu, tərəflər arasında qəbul edilib, prezidentlər qəbul edib, parlamentlər təsdiqləyib və sairə. Bunun indi paraflanmış mətni və ratifikasiya prosesi sadəcə növbəti mərhələdir.
Mən düşünürəm ki, yəqin ki, bu da baş verəcəkdir və onun arxasınca da sizin dediyiniz məsələlər baş verəcəkdir. Delimitasiya da baş verəcək, sərhədlərin demarkasiyası həyata keçiriləcək, sərhədlər nişanlanacaq.
Deyək ki, başqa əlavə yeni problemlər yaradılmasa, yeni sürpriz problemlər ortaya çıxmasa, artıq hesab edirəm ki, sənədlər və bu əsrlərin ayrılığından sonra, aramızda müharibə olduğu üçün sərhədlərlə bağlı müəyyən proseslərin baş verməsi təbiidir.
Müəyyən demarkasiya işləri aparılmalıdır. Bunlar texniki məsələlərdir və düşünürəm ki, həll edəcəklər. Orada da həllər şəklində irəliləyiş olacaq.
Bunun da özünün, təbii ki, iqtisadi baxımdan nəticələri olacaqdır. Çünki bu proseslər baş verdikdə, sülhü daha da dərinləşdirir və tranzit, enerji, nəqliyyat, logistika layihələrini mümkün edir. Bunların birlikdə qarşılıqlı mübadiləsini mümkün edir.
O cümlədən Ermənistan üzərindən başqa ölkələrə, xüsusən də Türkiyəyə, bizim ticarət münasibətlərimizi mümkün edir. Bu baxımdan onun da orada müəyyən, kiçik də olsa, marjinal olsa da, rolu var".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB