Bu ilin yanvar-iyul aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 580,017 milyon manat sığorta haqqı toplanılıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının məlumatları əsasında hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,8 milyon manat və ya 9,2% çoxdur.
Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər isə ötən ilin eyni dövrü ilə müqayisədə 119,7 milyon manat və yaxud 31,8% artaraq 495,731 milyon manata çatıb.
Beləliklə, bu ilin yanvar-iyul aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 85,5 manatı müştərilərə geri ödənilib.
Ümumilikdə, bu ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 1 milyard 6,4 milyon manat məbləğində sığorta haqqı toplanıb.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% çoxdur.
Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 671,4 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 26,9% artım deməkdir.
Sığorta bazarındakı müsbət dinamika Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumu (AIIF-2026) çərçivəsində də diqqət mərkəzində olub.
Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova forumda çıxışı zamanı bildirib ki, son dörd ildə Azərbaycanın sığorta bazarı təxminən iki dəfə artıb.
Onun sözlərinə görə, bazarın inkişafı dövlət tərəfindən müəyyən edilmiş strateji hədəflər, Azərbaycan Mərkəzi Bankının həyata keçirdiyi islahatlar və bazar iştirakçılarının birgə fəaliyyəti nəticəsində mümkün olub.
“Əldə olunan nəticələrə baxmayaraq, bazarın daha da böyüməsi üçün böyük potensial mövcuddur. Azərbaycanda sığortanın əhatə səviyyəsinin artırılması üçün geniş imkanlar var və məqsəd bu potensialın tam reallaşdırılmasıdır”, - deyə Ü.Cabbarova vurğulayıb.
O qeyd edib ki, əsas məqsəd yalnız bazar göstəricilərinin artırılması deyil, sığortanın insanların həyatında daha mühüm yer tutmasına və iqtisadiyyatın dayanıqlı inkişafına töhfəsinin gücləndirilməsinə nail olmaqdır.
Trend-ə özəl müsahibə verən İnvestisiya və İxrac Kreditlərinin Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) Biznesin İnkişafı Departamentinin direktoru Yasir Alaki isə bildirib ki, təşkilat Azərbaycanda fəaliyyətini genişləndirmək üçün əhəmiyyətli potensial görür.
Onun sözlərinə görə, Azərbaycan 2020-ci ildən ICIEC-in üzvüdür və bu müddət ərzində təşkilat ölkədə maliyyə və sənaye sektorlarında müxtəlif layihələri dəstəkləyib.
“Bu günə qədər Azərbaycanda ticarət və investisiyalar daxil olmaqla təxminən 120 milyon ABŞ dolları həcmində əməliyyatları sığorta təminatı ilə əhatə etmişik. Hesab edirik ki, bu hələ kiçik göstəricidir və ölkədə xidmətlərimizi genişləndirmək üçün böyük potensial mövcuddur”, - deyə Y.Alaki bildirib.
O qeyd edib ki, ICIEC yerli banklarla əməkdaşlığı genişləndirməyi, ixracın maliyyələşdirilməsini dəstəkləməyi və Azərbaycana yeni investisiyaların cəlb olunmasına töhfə verməyi planlaşdırır.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Jıva Tünzalə Ağayevanın bəstəsini ifa etdi
Şou-Biznes 17:13Ukraynada mənzil qiymətləri 20%-dən çox artıb
Dünya 16:21Yeni Konstitusiya Ermənistanı dəyişəcəkmi? - RAKURS
Siyasət 16:19Azərbaycanda elektroenergetika sahəsində komissiya yaradılıb
İqtisadiyyat 16:01Nar Oyun Mərkəzində oyna, smartfon qazan!
Texnologiya 15:19Bakıda yeni uşaq bağçası istifadəyə verilib
Təhsil 14:41Barbra Streisand Trampı sərt tənqid etdi…
Dünya 13:40Sabah Azərbaycanda 20 dərəcə isti olacaq
Sosial 12:35Paşinyan “topu” erməni xalqına atdı...
Siyasət 12:12Günəş, Ay piramidaları və çəyirtkə qurusu
Mədəniyyət 11:58Növbələrdə itən saatlar - KÖŞƏ
Sosial 11:00Azərbaycanda ən yüksəkgərginlikli yeni enerji dəhlizi yaradılır
İqtisadiyyat 10:45Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Hadisə 10:41Birjalarda neft bahalaşıb
İqtisadiyyat 10:25Astarada 10 kiloqramdan artıq narkotik aşkarlanıb
Hadisə 10:24Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 10:22Dahi bəstəkar Üzeyir Hacıbəylinin anım günüdür
Mədəniyyət 09:51Ümumtəhsil müəssisələrində payız tətili başa çatıb
Təhsil 09:40Dönər almaq üçün tələsirdi, maşın vurub öldürdü..
Hadisə 03:22Hollivud ulduzu rəsmən milyarder oldu - 7 milyard dolları var!
Şou-Biznes 03:05Qazax sakini Kürdə batıb
Hadisə 02:22Alyona Əliyeva sərgi açılışında iştirak edib
Mədəniyyət 01:0377 yaşlı Sumqayıt - şəhərdə atəşfəşanlıq olub
Sosial 00:23Ulduz müğənni təbilçiyə ərə getdi...
Şou-Biznes 22 Noyabr 23:22Sabah Bakının bu rayonunda qaz olmayacaq - XƏBƏRDARLIQ
Sosial 22 Noyabr 23:03"Qarabağ" - "Kəpəz" oyununda azarkeş REKORDU
İdman 22 Noyabr 22:32İtaliyanın xarici işlər naziri Bakıya gəlib
Siyasət 22 Noyabr 22:19Əməlləri ilə ucalan insan...
Maraqlı 22 Noyabr 22:05Rusiya Krım körpüsünün bərpasına başlayır - Kremldən AÇIQLAMA
Dünya 22 Noyabr 22:02Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,8669
+0,02%
-
GBP
2,2284
+0,00%
-
RUB
2,0809
+0,35%



