"Ümumiyyətlə, hər hansı hadisə və ya müəyyən şəxslər tərəfindən məqsədli şəkildə cəmiyyət arasında panika yaradıldığı zaman ölkədaxili bazarda dollara tələbat artır".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib.
_(1).jpg)
Onun sözlərinə görə, cəmiyyətdə iqtisadi və maliyyə savadı hələ də yetərli səviyyədə deyil:
"Əgər belə olsaydı, vətəndaşlar banklarda dollar almaq üçün növbəyə dayanmaq əvəzinə, heç olmasa ölkənin tədiyyə balansını, profisit və ya defisit göstəricilərini, neftin qiymətini və xarici valyuta ehtiyatlarını ümumi rəqəmlər əsasında müqayisə edərdilər.
Bir neçə il əvvəl bir qrup şəxs tərəfindən sosial şəbəkələr vasitəsilə əsassız iqtisadi paylaşımlar edilmişdi. Cəmiyyətin əhəmiyyətli hissəsi isə həmin şəxslərə inanaraq əlindəki son vəsaiti belə dollara çevirdi. Əslində, bu, investisiya deyildi. Sadəcə insanlar bunun gəlirli bir addım olacağını düşündülər. Lakin nəticədə tam əksi baş verdi və həmin vəsaiti zərərlə yenidən milli valyutaya dəyişməli oldular.
Düşünürəm ki, cəmiyyətə qarşı bu cür çağırışlar edən, insanları milli valyutadan uzaqlaşdırmağa sövq edən şəxslər qanunvericiliyə uyğun şəkildə layiqli cəzalarını almalıdırlar.
Təsəvvür edin ki, hansısa qrupların bu cür çağırışları nəticəsində ölkədə valyutaya süni tələbat yaranır, valyuta ehtiyatları azalır. Halbuki Azərbaycanın xarici ticarət əlaqələri mövcuddur və bir çox beynəlxalq əməliyyatlar məhz ABŞ dolları ilə həyata keçirilir.
İqtisadi amillərə gəldikdə isə, bu proseslər yalnız ölkədaxili səbəblərlə məhdudlaşmır. ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsi siyasəti, geosiyasi gərginlik və qlobal iqtisadi proseslər də valyuta bazarına təsir göstərə bilir. Yenə də qeyd edirəm ki, vətəndaşlar rəsmi məlumatlara, eləcə də yerli və beynəlxalq analitiklərin, iqtisadçı mütəxəssislərin rəylərinə əsaslanmalıdırlar.
İqtisadiyyatda sirr kimi görünən hər hansı proses yoxdur. Xarici valyutaya tələb birdən-birə kəskin artırsa və ya azalırsa, bu, birbaşa və ya dolayı yolla bazardakı təklifə və digər iqtisadi göstəricilərə təsir edən amillərlə bağlı olur".
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB