Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Soyuqbulaq” kiçik su elektrik stansiyası (KSES) istismara verildiyi tarixdən iyulun 1-dək 42 milyon kVt/saat elektrik enerjisi istehsal olunub. Bu barədə SİA Energetika Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, “Soyuqbulaq” KSES 2023-cü il avqustun 25-də istismara verilib.
Qeyd edək ki, ümumi gücü 5,3 MVt olan və hər biri 2,65 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tiplidir.
Bütün xəbərlər Facebook səhifəmizdə