Kəlbəcərdəki “Soyuqbulaq” KSES-də istehsal olunan enerjinin həcmi

25 Avqust 2025 13:00 (UTC+04:00)

Kəlbəcər rayonunda Tərtər çayı üzərində yerləşən “Soyuqbulaq” kiçik su elektrik stansiyası (KSES) istismara verildiyi tarixdən iyulun 1-dək 42 milyon kVt/saat elektrik enerjisi istehsal olunub. Bu barədə SİA Energetika Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, “Soyuqbulaq” KSES 2023-cü il avqustun 25-də istismara verilib.

Qeyd edək ki, ümumi gücü 5,3 MVt olan və hər biri 2,65 MVt gücündə 2 ədəd hidroaqreqatdan ibarət basqılı derivasiya tiplidir.