Xəstəxanada oksigen tankı partlayıb

İraqda Əl Hüseyn xəstəxanasında yanğın baş verib. SİA xəbər verir ki, yanğının səbəbi tam aydın deyil. Oksigen tankının partlamasının yanğına səbəb olduğu ilkin variant kimi düşünülür. Bundan sonra İraq baş naziri Mustafa Əl Xadimi xəstəxananın baş həkiminin tutulmasına göstəriş verib. İraqın parlament spikeri Məhəmməd əl Halbusi yanğın barədə "tvit" ataraq bunları yazıb: “Vətəndaşların həyatı üçün məsələni aydınlaşdırmaq lazımdır və bu kimi dağıdıcı qəzalara bir daha yol verməmək üçün tədbirlər planı hazırlamalıyıq".

Yanğın zamanı xəstəxanada ölənlərin yaxınları etiraz edib. Polis müdaxilə etmək istədikdə 2 polis maşınını yandırıblar.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...