İTV-dən “Avroviziya-2021” ilə bağlı yeni qərar

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İctimai TV) ölkəmizi "Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək nümayəndənin adını açıqlayıb.

SİA-nın məlumatına görə, 2021-ci ildə Azərbaycanı "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində 2020-ci ilin milli seçim turunun qalibi Samirə Əfəndi təmsil edəcək.

Daha əvvəl Avropa Yayım İttifaqı koronavirusun yayılması riskləri səbəbindən mayda Niderlandda keçiriləcək "Avroviziya-2020" müsabiqəsinin ləğv olunduğunu bəyan edib. Təşkilatçılar müsabiqəni 2021-ci ilə qədər təxirə salmaq qərarına gəliblər. Müsabiqənin Rotterdamda keçirilməsinə dair danışıqlar isə hələ davam etdiriləcək.

Xatırladaq ki, Efendi "Avroviziya-2020" milli seçim turunun qalibi olub. O, ölkəmizi "Cleopatra" mahnısı ilə təmsil edəcəkdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...