Azərbaycan Dillər Universitetində xalq şairi Nəriman Həsənzadə ilə görüş keçirilib- FOTO
Bu gün Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycanın görkəmli ziyalısı, xalq şairi, ictimai xadim Nəriman Həsənzadə ilə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə millət vəkili Məlahət İbrahimqızı, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid, Bakı Metropoliteninin rəisi Tağı Əhmədov və başqaları iştirak ediblər.
İlk olaraq ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri Fəridə Səfiyeva şairin həyat və yaradıcılığı haqqında məruzə edib. O, bildirib ki, şairin yazdığı əsərlər milli olduğu qədər də bəşəridir: "Baxmayaraq ki, onun əsərlərinin mövzusu keçmiş zamanla səsləşir, ancaq düşüncələri müasirdir".
Şairin 80 illik yubileyinə həsr edilən görüşü isə giriş sözü ilə ADU-nun rektoru, millət vəkili Səməd Seyidov açıb. O qeyd edib ki, Nəriman Həsənzadə o ziyalılardandır ki, yaradıcılığı, ünsiyyəti və səmimiliyi ilə insanları öz ətrafına toplaya bilir: "Bizim onunla görüşlərimiz ilk hadisə deyil. Çünki o, ADU-nun dostudur və biz bu dostluğa çox önəm veririk. Bu universitetdə Azərbaycan ədəbiyyatını yüksək səviyyədə öyrədilməsinə xüsusi əhəmiyyət verilir. Çünki bizim digər Avropa ölkələrinin ali təhsil ocaqları ilə əlaqələrimiz daha genişdir".
Daha sonra S. Seyidov çıxışının ardında yubilyara saat və qələm hədiyyə edib.
Rektorun çıxışından sonra görüşdə iştirak edən ziyalılar N. Həsənzadə haqqında öz dəyərli fikirlərini bildiriblər.
Tədbirdə şairin şerləri oxunub, sözlərinə yazılan musiqilər səslənib, ADU tələbələri isə ədəbi kompozisiyalar təqdim ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB