Ədalət Vəliyev: “2011-ci ildə Xalça Muzeyi fəaliyyətə başlayacaq” - AÇIQLAMA

Ədalət Vəliyev: “2011-ci ildə Xalça Muzeyi fəaliyyətə başlayacaq” - AÇIQLAMA
"2011-ci ildə Xalça Muzeyi fəaliyyətə başlayacaq". Bu sözləri SİA-ya açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib. O, həmçinin YUNESKO-nun bir neçə gün öncə Namibiyada keçirilən sonuncu toplantısında Azərbaycan xalçasının YUNESKO-nun qorunan mədəni irs siyahısına daxil olunduğunu da qeyd edib: "Bu, bütövlükdə Azərbaycan mədəniyyətinin və incəsənətinin qələbəsidir".

Məlumat üçün bildirək ki, xarici görünüşdən bükülü xalçanı xatırladan binanın layihəsini avstriyalı memar Hans hazırlayıb. 4 mərtəbəli muzey ümumilikdə 27 min kvadratmetr sahəni əhatə edəcək. Binada sərgi salonu, foye və restoran olacaq. Muzey Binasının zirzəmi hissəsində xüsusi laborotoriya fəaliyyət göstərəcək. Həmçinin zirzəmidə xüsusi anbar da olacaq ki, burada xüsusi havasız şəraitdə xalçalar saxlanılacaq. Muzeydə həmçinin xüsusi qızıl zinət əşyalarının da sərgisi təşkil olunacaq.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanan muzeydə bir çox yeni şöbələr, həmçinin də 300-ə yaxın yeni ştat açılacaq. Xalçaçılıq müzeyinin, eyni zamanda Azərbaycana turistlərin cəlb edilməisində də rol oynayacağı gözlənilir. Burada turistlərin qanuna müvafiq qaydada üzü köçürülən qədim xalçaları almaq imkanları da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə