Azərbaycanda iki günlük rok festivalı keçiriləcək – FOTO

Azərbaycanın Gəncə şəhərində iki günlük rok festivalı keçiriləcək. Festival "Bakı Küləyi"nin təşkilatçılığı ilə baş tutacaq. Təşkilatçı qurumdan SİA-ya verilən məlumatda bildirilib ki, festival iyulun 9-u və 10-da "Gənc Gəncə Rock Festivalı" adı altında təşkil olunacaq. Bu Gəncədə keçirilən sayca ikinci rok festivalıdır. Konsertin təşkilində məqsəd Azərbaycanda milli rokun inkişafına dəstək olmaqdır.

Festivalda "Empathy" , "Live or leave", "PadZehir", "BluesBoys", "Pharaon", "NewSkin", "Milan" rok qrupları iştirak edəcəklər. Festival Gəncədə "Ramada Plaza"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə