Marina Vladi Vısotski ilə sevgi yazışmalarını Rosarxivə təhvil verib...

Fransız aktrisası və müğənnisi Marina Vladi Vladimir Vısotski ilə mübadilə etdiyi məktubları Rosarxivə təhvil verib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, Federal Arxiv Agentliyinin rəhbəri Andrey Artizov RİA Novosti-yə bildirib ki, o, sağlığında onların dərc edilməməsini xahiş edib və bu xahiş yerinə yetirilir.

Rusiyalı Vladi 1970-1980-ci illərdə Vısotski ilə evlənib. Hazırda onun 87 yaşı var. Artizov izah edib ki, müəllif və ya onun varisləri tərəfindən tələb olunarsa, sənədlərin dərc olunmasına məhdudiyyətlər var.

Onun sözlərinə görə, Vladi Vısotskinin həyatı ilə bağlı materialları təhvil verib və sağlığında onun yazışmalarına girişi qadağan edib. Arxiv onun istəklərinə tam hörmətlə yanaşır və onun şəxsi həyat hüququna riayət edir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə