Bu gün Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə "Musiqinin ruhu" adlı konsert proqramı keçirilib. SİA xəbər verir ki, konsert Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə baş tutub.
Konsertdə bəstəkarın “Min bir gecə” baletindən Şəhrizadın şənliyi, orgiya, Zərrin Əliyevanın ifasında Sevgi rəqsi, həmçinin “Nizami” simfoniyası səsləndirilib.
Konsert mart ayının 9-dək davam edəcək.
Müəllif: Qumral Əlizadə
Bütün xəbərlər Facebook səhifəmizdə