Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının dəstəyi və “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə tanınmış aparıcı və Əməkdar artist Rafiq Həşimov ilə gənclərin görüşü baş tutub. SİA xəbər verir ki, tədbir “ZəfərimİZ” proqramı çərçivəsində keçirilib.
Görüşdə Rafiq Həşimov, 44 günlük Vətən müharibəsində medianın rolu haqqında danışıb, jurnalistlərin bu dövrdəki əhəmiyyətli fəaliyyətlərini vurğulayıb. Gənclərə müharibə zamanı informasiya müharibəsinin vacibliyi və medianın cəmiyyətin formalaşmasındakı roluna dair dəyərli fikirlərini bölüşüb.
Tədbir zamanı Rafiq Həşimov iştirakçılarla öz təcrübələrini bölüşüb, ardınca gənclərin media sahəsinə dair suallarını cavablandırıb. Görüşün sonunda Rafiq Həşimov gənclərə seçilmiş kitablardan hədiyyə edib.
Tədbirin yekununda xatirə fotosu çəkilib. “ZəfərimİZ” proqramı çərçivəsində müxtəlif istiqamətlərdə tədbir, təlim və görüşlərin təşkil olunması planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə