ABŞ Səhiyyə və Sosial Xidmətlər Departamenti meymunçiçəyi peyvəndi üçün "Grand River Aseptic Manufacturing" şirkəti ilə 11 milyon dollarlıq razılaşma əldə edib. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Səhiyyə və Sosial Xidmətlər Naziri Xavier açıqlama verib. Müqavilə çərçivəsində şirkətin meymunçiçəyi peyvəndi üçün lazımi materialları istehsal edəcəyini və personala təlim keçəcəyini bildirib.
Xatırladaq ki, Bayden administrasiyası Danimarkadakı anbardan 5 milyon doza "JYNNEOS" peyvəndi sifariş etmişdi.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin məlumatına görə, meymunçiçəyi epidemiyası indi ölkənin 50 ştatına yayılıb. Bu günə qədər ölkədə 15,400 yoluxma aşkar edilib.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə