İlk dəfə koronavirus peyvəndi oğurlandı Polşada

Koronavirus peyvəndinin oğurlanması hadisəsi ilk dəfə Polşada qeydə alınıb. SİA xəbər verir ki, bu barədə “RMF FM” radiostansiyası məlumat yayıb.
"Gecə, Varmińsko-Mazurskidə Ilovo-Osada yaşayış məntəqəsində ixtisaslaşdırılmış tibbi yardım müəssisəsindən COVID-19 virusuna qarşı vaksin oğurlanıb", deyə məlumatda bildirilir.
Sözügedən radiostansiyanın verdiyi məlumata görə, oğurlanan dərman miqdarı 15 nəfər üçün kifayət edəcək miqdardadır. Xəstəxanada başqa heç bir şeyin əskik olmadığı da məlumatda qeyd olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...