Türkiyənin İğdır şəhərində sərhəddə itkin düşən gəncin cansız cəsədi Araz çayında tapılıb. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə-Ermənistan sərhədində olan və ondan heç bir xəbər ala bilməyən İsmayıl Adirin dostları vəziyyəti jandarmaya xəbər verib.
Bölgəyə gələn jandarma və təcili tibbi yardım qrupları Adirin tapılması üçün əməliyyat başladıb. Sərhəd xəttindən keçən Araz çayına düşdüyü şübhəli bilinən Adirin tapılması üçün çayda və ətrafında axtarış aparılıb.
Yağış səbəbindən çay axınının çox olması qrupların işini çətinləşdirib. Dalğıc qrupları sonradan çayda Adirin cəsədini tapıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə