Moskvada Belarus və Rusiya yığmalarının həndbolçuları arasında möhkəm dava düşüb.
SİA rus saytlarına istinadən xəbər verir ki, dava çərşənbə axşamı "Dostluq Oyunları" yoldaşlıq turnirində baş verib.
Deməli, bir gün əvvəl belaruslar ruslara 28:26 hesabı ilə qalib gəliblər.
“Euroradio” xəbər verir ki, ikinci görüşdə Belarus komandası yenə qalib gəlib. Bu dəfə: 32:28.
Təbii ki, bu rusların xoşuna gəlməyib.
...Və dava da ikinci hissənin sonlarında baş verib. Belaruslular qalib gəlib və qayda pozuntusuna görə Rusiya komandasına qarşı 7 metrlik penalti təyin edilib.
Davada əvvəlcə belaruslu Nikita Vailupov və rusiyalı İlya Belevtsov iştirak edib (sonuncu sonda qırmızı vərəqə alıb). Sonra milli komandaların bütün digər həndbolçuları davaya qarışıblar.
Hakimlər onları dərhal sakitləşdirə bilməyiblər.
Qeyd edək ki, Belarusiya da Rusiya həndbolu kimi, sanksiyalar altındadırlar.
...Ona görə də Belarus Respublikası və Rusiya Federasiyasının milli komandaları öz aralarında oynamağa məcburdurlar.
...İndi ruslardan soruşan gərək, sabah Belarus da sizinlə oynamaq istəməsə, onda neyləyəcəksiniz..?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
 
                         
                                                    
 
                     
     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
                                                     
    


 
        
 
     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     USD
 USD
 EUR
 EUR
 GBP
 GBP RUB
 RUB