Bayden Şükran Günü ərəfəsində iki hinduşkanı əfv edib

Quşlar möhkəmliyi simvolizə edən Delaverin rəsmi dövlət çiçəyinin şərəfinə adlandırılıb...

...ABŞ prezidenti Cozef Bayden bazar ertəsi Şaftalı və Blossom adlı iki hinduşkanı əfv edərək, onları Şükran Günü süfrəsinin bir hissəsi olmaq taleyindən xilas edib.

SİA-nın məlumatına görə, “Amerikanın Səsi” xəbər verir ki, bu illik ənənə demokratlar üçün ən azı növbəti dörd il ərzində Ağ Evdə sonuncu olub.

Bu il əfv edilən hinduşkalara Delaverin möhkəmliyi simvolizə edən rəsmi dövlət çiçəyinin adı verilib. Bunu Bayden Ağ Evin Cənub Qazonunda toplaşan qonaqlara deyib.

...Bu hadisə Vaşinqtonda bayram mövsümünün rəsmi başlanğıcını simvollaşdırır. Bu, həm də prezident kimi mənim üçün sonuncu dəfə təşəkkürümü bildirirəm. Ona görə də sizə deyim ki, bu mənim həyatımın şərəfi olub və mən həmişə minnətdaram.

Bunu Bayden deyib.

Qeyd edək ki, hinduşkanın mövcud əfv ənənəsinin mənşəyi 1947-ci ildə Harri Trumenin prezidentliyinə gedib çıxır. Rəsmi ənənə 1989-cu ildə Ağ Evdə, o vaxtkı prezident Corc H.V. Buşun Şükran Günü hinduşkasını ilk dəfə rəsmi olaraq əfv etməsi ilə başlayıb.

...Cümə axşamı günü milyonlarla hinduşka bütün ölkə üzrə sobalarda qızardılacaq, əlavə ədavalar (...hər halda bizdəki kimi olmaz-A.B.) qatılıb süfrəyə veriləcək.

Bazar ertəsi daha sonra Bayden ABŞ Sahil Mühafizəsinin üzvləri ilə Dostluq Günü tədbiri üçün Nyu Yorkdakı Staten Island-a gedəcək.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə