Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, U-17 yenidən Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Milli Komandaların Təlim-Məşq Mərkəzində təşkil olunan görüş Aqil Nəbiyevin yetirmələrinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində qolları 47-ci dəqiqədə Rəsul Balakişiyev, 55-ci dəqiqədə Daniil Rəcəbov və 66-cı dəqiqədə Ruslan Əbilov vurublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB