Azərbaycan 2025/2026 mövsümünə UEFA reytinqində 29-cu pillədə başlayacaq

Azərbaycan 2025/2026 mövsümünə UEFA reytinqində 29-cu pillədə başlayacaq. SİA xəbər verir ki, Avropa futbol qurumunun əmsallar cədvəlində ölkələrin yenilənmiş reytinqi açıqlanıb.

Azərbaycan hazırda 17.125 əmsala malikdir. Ukrayna (17.600) 28-ci, Bolqarıstan (15.875) 30-cu olub.

Qeyd edək ki, siyahıya İngiltərə (90.839) başçılıq edir.

Bütün xəbərlər Facebook səhifəmizdə