"Red Bull Bora” komandasının sloveniyalı ulduz velosipedçisi Primoz Roqliçin ailəsi 2025-ci il Giro d’İtalia yarışı zamanı quldurluğun qurbanı olub. SİA xəbər verir ki, bu barədə “Siol” məlumat yayıb. İnsident mayın 20-də yarışın 10-cu mərhələsi – Lukadan Pizaya qədər olan xronometraj zamanı baş verib. Roqlik ailəsi düşərgə mikroavtobusu ilə İtaliya yollarını gəzərək idmançıya dəstək olub. Həyat yoldaşı və oğlu trekin yaxınlığında Roqliçi alqışlayarkən, kamp qarət edilib. Mikroavtobusun pəncərəsi sındırılıb, sloveniyalının həyat yoldaşı Laura Klinkin noutbuku və mobil telefonu oğurlanıb. Hazırda cinayətkarların və itmiş əşyaların axtarışı davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə