Lionel Messi "Barselona"ya qayıda bilər

ABŞ-ın "İnter Mayami" komandasının ulduz futbolçusu Lionel Messi Avropaya qayda bilər.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, İspaniyanın "Barselona" klubu 37 yaşlı argentinalı hücumçunu geri qaytarmaq istəyir. Kataloniya təmsilçisi sabiq futbolçusunu 2026-cı ilin yayında heyətinə cəlb etməyi planlaşdırır.

Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından "İnter Mayami"də çıxış edir. Onun müqaviləsi 2025-ci ildə başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə