Yardımlı rayonunda maarifləndirici təlimlər təşkil olunub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Gənclərin Tənhalara Dayaq” İctimai Birliyi tərəfindən “Tənha şəxslərlə iş” adlı layihə çərçivəsində 26–27 sentyabr 2025-ci il tarixlərində Yardımlı rayonunda maarifləndirici təlimlər keçirilmişdir.

Layihənin əsas məqsədi gənclərin gələcək əmək fəaliyyətinə hazırlıq prosesində onların bilik, bacarıq və vərdişlərinin inkişafına şərait yaratmaqdan ibarətdir. Bu təşəbbüs gənclərin peşə yönümlü biliklərinin təkmilləşdirilməsinə, müxtəlif sahələrdə praktik vərdişlər əldə etmələrinə, əmək bazarında rəqabət qabiliyyətlərinin artırılmasına xidmət edir. Eyni zamanda, layihə gənclərin halal zəhmət hesabına davamlı gəlir əldə etmə imkanlarının genişləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması və müvafiq müəssisə və təşkilatların kadr tələbatının ödənilməsi məqsədini daşıyır.

Tədbir çərçivəsində layihənin rəhbəri Xoşbəxt Seyidova çıxış edərək layihənin məqsəd və vəzifələrini iştirakçılara təqdim etmişdir. O, layihənin gənclərin inkişafı üçün strateji əhəmiyyətini vurğulamış, xüsusilə gənc qızların cəmiyyətə inteqrasiyası və peşəkar bacarıqlarının formalaşdırılması baxımından önəmli rol oynadığını qeyd etmişdir.

Daha sonra digər qonaqlar – Lənkəran-Astara Regional Məşğulluq filialının nümayəndəsi Kərimov Abdulkərim və Yardımlı Rayon İcra Hakimiyyətinin nümayəndəsi Kərimov Şakir söz alaraq layihənin gənclərin, xüsusilə də qızların sosial fəallığının və peşəkar inkişaf imkanlarının genişləndirilməsindəki üstünlüklərini yüksək qiymətləndirmişlər. Çıxışçılar vurğulamışlar ki, bu cür təşəbbüslər region gənclərinin əmək bazarına uğurlu inteqrasiyasını təmin edir və onların gələcək karyera perspektivlərini möhkəmləndirir.

Bütün xəbərlər Facebook səhifəmizdə