Məşhur cütlük 500 min avro qurban verdi

Məşhur türk sima Ebru Şancı 3 uşaq atası, "Qalatasaray"ın futbolçusu Alpaslan Öztürklə 2015-ci ildə Belçikada evlənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Alpaslan Öztürk ailəsinə yaxın Belçikada 3 mərtəbəli ev almaq qərarına gəlib.

O, keçən həftə tanış daşınmaz əmlak agenti ilə müqavilə bağlayıb. Ebru Şancı alacaqları evin alt mərtəbəsini gəlinlik dükanı kimi etməyi, yuxarı mərtəbəsini isə uşaqlar böyüyənə qədər icarəyə verməyi planlaşdırır. Cütlük bu sərmayə üçün 500 min avro qurban verib.

Qeyd edək ki, Belçikada kreditlər 30 ilə qədər götürülə bilər.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...