Nazirliklərdə necə işə düzəlmək olar? - EKSPERT İZAH ETDİ

“Müxtəlif nazirliklərdə çalışmaq üçün dövlət qulluğu üzrə vətəndaşların imtahandan keçməsi tələb olunur. Bu imtahanlar Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Elçin Əfəndi deyib.

Onun sözlərinə görə, dövlət qulluğu müxtəlif kateqoriyalar üzrədir: “Yəni, burada imtahan verdikləri zaman AA kateqoriyası, yaxud da AB və yaxud da BB, BA, yəni bunların hamısı imtahan zamanı əldə olunan nəticələr əsasında müəyyənləşir. Nəticə etibarilə həmin dövlət qulluğunda, yəni, nazirliklərdə çalışmaq istəyən şəxslər müvafiq sertifikat alırlar. Bu sertifikatı aldıqdan sonra hər hansı bir nazirlik vakansiya elan edirsə, artıq həmin sertifikatı olan şəxslər qeydiyyatdan keçərək müsahibə mərhələsinə dəvət olunurlar. Burada istənilən ixtisas sahibləri vakansiya seçimi zamanı müraciət edə bilirlər. Təbii ki, onların ixtisaslarına uyğun olan vakansiyalara müraciət edə bilərlər. Daha çox biz müşahidə edirik, mühasibat yönümlü, humanitar və texniki ixtisaslara. Yəni, bu ixtisaslara daha çox tələbat olduğu üçün rahatlıqla vakansiyalara yerləşə bilirlər”.

Elçin Əfəndi sözlərinə belə davam edib: “Əsas üstünlük xarici dilə verilir. Bəzi yerlərdə xarici dil tələbi var və eyni zamanda, onların magistratura üzrə təhsillərinin olması da bəzən arzuolunan olur. Bütün kriteriyalara cavab verən namizədlər işlə təmin olunur”.

“Dövlət qulluğuna hazırlaşmaq istəyən şəxslərdə təbii ki, qanunvericilik, məntiq və informatika yöndən hazırlaşırlar. Onların ümumi dünyagörüşündən də suallar olur və həmin imtahandan sonra sertifikat alıb sadəcə oturub gözləyirlər ki, hansısa bir dövlət qurumu, nazirlik vakansiya elan etsin. Vakansiyadan əldə etdikləri nəticə əsasında və yaxud da müvafiq kateqoriya üzrə müsahibəyə dəvət olunurlar”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə