Məşhur türk aktyor Burak Özçivit ötən axşam həyat yoldaşı Fahriye Evcen və oğulları Karan ilə Etilerdə görüntülənib. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Da Mario” restoranından çıxan cütlük jurnalistlərlə söhbət edib.
Serialın çəkilişlərinə görə həftədə bir dəfə görüşə bildiklərini deyən Burak Özçivit “Anasının çəkiliş meydançasına çox gedir. Hərdən mənə gəlir. Həftədə bir dəfə birgə ailə günü keçiririk. Sonra hamımız birləşirik” dedi.
Fahriye Evcenin baş rolda oynadığı “Böyük Səlcuqlu Alparslan” serialındakı ulama səhnəsi ilə bağlı suala isə “Tariximizdə baş verənlərdən danışmaq bizi xoşbəxt edir”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB