Səudiyyə Ərəbistanında şəriətlə idarə olunan kino qadağası 4 il əvvəl götürülüb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən gün paytaxt Ciddədə "Qırmızı Dəniz" film festivalı keçirilib.

Festivalın başçısı Məhəmməd Əl Turkinin dəvəti ilə bir çox dünya şöhrətli modellər festivalın premyerasına qatılıb. Qadın geyimləri ilə bağlı son dərəcə sərt qaydaların olduğu ölkədə modellərin dekoltesi diqqət çəkib. Festivalda iştirak edən hər modelə yüksək maaş verildiyi iddia edilib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə