Məşhur aktrisa oğlu ilə fotosunu paylaşdı

2017-ci ildə ailə quran türk aktrisa Fahriye Evcen və aktyor Burak Özçivitin oğlu Karanın 2 yaşı var. SİA xarici mətbuata istinadən xəbər verir ki, illər sonra işə başlayan və bu mövsüm yeni seriala girən Fahriye Evcen çəkilişdən sonra bütün vaxtını oğlu ilə keçirir.

Evcen ötən gün Karanla əylənərkən çəkilmiş fotosunu paylaşaraq "Hüzurum, sevincim, ürəyim" yazıb. Bu poza minlərlə bəyənmə gəlib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə