Məşhur sima enerjisini işindən aldığını bildirib

Məşhur sima Ece Sükan “Alem” jurnalının qonağı olub. SİA xarici mətbuata istinadən xəbər verir ki, fotoqraf Cüneyt Akeroğlu xüsusi pozalar verib. Stil məsləhətçiliyindən aktyorluğa qədər bir çox peşəni vizit kartına yazan keçmiş model açıqlama verib.

O, “Mənim fəlsəfəm başladığım hər işdə əlimdən gələnin daha yaxşısını etməkdir” dedi.

Ece Sükan da təslim olmağı sevmədiyini, enerjisini işindən aldığını bildirib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə