Xərçəngdən müalicə olunan məşhur türk müğənni Ebru Şallının atası Şükrü Şallı 25 ildir həyat yoldaşı ilə yaşadığı Bodrumda ötən axşam dünyasını dəyişib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Bodruma gedən Ebru Şallı atası ilə son səfərində vidalaşıb.

Şallı, “Bir gün əvvəl danışmışdıq. Evində yatarkən mələk kimi bu dünyadan getdi. Allah hər kəsə belə bir vida nəsib etsin” dedi.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə