"X-Men"in ulduz aktrisası psixi pozğunluqdan əziyyət çəkdiyini etiraf etdi

Amerikalı aktrisa Oliviya Mann özünün psixi pozğunluqdan - trixotillomaniyadan (Saç, qaş, kirpik və digər bədən tüklərini yolmaq istəyi) əziyyət çəkdiyini etiraf edib. SİA xəbər verir ki, o, kipriklərini yolduğunu açıqlayıb. 44 yaşlı ulduz etiraf edib ki, bu hal ilk dəfə 2009-2010-cu illərdə o, aktyor Kris Paynla görüşərkən yaşanıb.

"Paparassilər onun və mənim şəklimi çəkdilər və mən ilk dəfə magazinə çıxdım" deyə - "X-Men: Apocalypse" filminin ulduzu xatırlayır. Daha sonra o, görünüşü ilə bağlı internetdə yazılan şərhləri oxuyub və o qədər dəhşətə gəlib ki, ilk dəfə kirpiklərini yolmağa başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə