Yetkin kino aktrisası Kayli Peyc (Ashley Ried) 28 yaşında Los-Ancelesdə vəfat edib.
SİA-nın məlumatına görə, cəsədi qohumları evində tapıblar.
Bu barədə “Maximonline” xəbər verir.
Ölümün ilkin səbəbinin antidepresan dərmanlardan zəhərlənmə olduğu bildirilir, lakin hələlik rəsmi ekspert rəyi yoxdur.
Polis hadisənin bütün hallarını müəyyən etmək üçün araşdırma aparır.
Kayli Peyc təkcə aktrisa kimi deyil, həm də OnlyFans platformasında şəxsi brendin yaradıcısı kimi tanınırdı.
Aktrisa karyerasına 19 yaşında başlamışdı və məşhur XBIZ və AVN mükafatlarına nominasiyalar alaraq tez bir zamanda populyarlıq qazanmışdı.
Onun rol aldığı studiya olan Brazzers onun ölümü ilə bağlı başsağlığı verib.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə