Sərhədi keçərək Şaki kəndinə daxil olan Azərbaycan Ordusunun hərbçisi müəyyən müddət Ermənistanda qalacaq.
SİA-nın əldə etdiyi məlumata görə, “Sputnik Armenia” xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə sualları cavablandırarkən bildirib.
O qeyd edib ki, baş verən hadisə ilə bağlı bütün hüquqi prosedurlar həyata keçirilməlidir.
Paşinyanın sözlərinə görə, hadisə zamanı yaralanan Ani Avetyan adlı kənd sakini polis əməkdaşlarının gəlməsini gözləsəydi, bütün bunlar baş verməzdi.
“Hərbçinin gizləndiyi evə əvvəlcə uşaqlar yaxınlaşıb. Onlar evdə tanımadıqları şəxsi görərək bu barədə analarına məlumat veriblər. Bundan sonra qadın polisə zəng edib, lakin özü də hadisə yerinə getmək qərarına gəlib və polis əməkdaşlarından əvvəl oraya çatıb”, - o qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB