"İlham Əliyevin qurultaydakı çıxışı milli dövlətçilik baxımından mühüm mesajlarla yadda qaldı" - DEPUTAT DANIŞDI
"Yeni Azərbaycan Partiyasının VIII qurultayında çıxış edən partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev partiyamızın və milli dövlətçilik tariximizin keçmişinə ekskurs edərək, xronoloji ardıcıllıqla milli dövlətimizin necə gücləndiyini və qalib dövlətə çevrildiyini izah etdi".
Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.

Deputat qeyd edib ki, bu kontekstdə Yeni Azərbaycan Partiyasının yaranmasını və Heydər Əliyevin hakimiyyətə gəlməsini Azərbaycanda milli dövlətçiliyimizin yeni mərhələsi kimi qiymətləndirdi və Zəfərə aparan yolun başlanğıcı kimi səciyyələndirdi:
"Doğrudan da, ötən illərin təcrübəsi göstərir ki, məhz təməli Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın iqtisadi və siyasi müstəqilliyi nəticə etibarilə ölkəyə müstəqil xarici siyasət həyata keçirmək üçün imkanlar yaratdı. Məhz müstəqil iradəsi ilə Azərbaycan öz torpaqlarını işğaldan azad etdi.
Prezident İlham Əliyev çıxışında Heydər Əliyev ideyalarının bu gün də yaşadığını vurğuladı və ideoloji təhlükəsizlik məsələsinə toxundu. Əgər ötən dövrlərdə ideoloji təhlükəsizlik başqa səviyyədə aktual idisə, bu gün bu məsələ tamamilə fərqli səviyyədə aktuallıq kəsb edir. Bu baxımdan, Azərbaycana qarşı törədilməyə cəhd edilən müxtəlif təxribatlara qarşı milli ideoloji dəyərlərimizi qorumaq xüsusilə vacibdir.
Biz Heydər Əliyev ideyaları ilə, milli dövlətçilik ideyaları ilə və güclü Azərbaycanın əldə etdiyi qələbələrin formalaşdırdığı yeni dəyərlərlə silahlanmalıyıq. Yalnız bu yolla milli ideoloji təhlükəsizliyimizi təmin edə bilərik.
Düşünürəm ki, təkcə Yeni Azərbaycan Partiyasının üzvləri üçün deyil, hər bir azərbaycanlı üçün Azərbaycan Prezidentinin bu çıxışı bir çağırış, eyni zamanda fəaliyyət proqramıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB