Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov oktyabrın 23-də saat 10:00-da Şuşa şəhərində Şuşa, Xankəndi, Xocalı və Xocavənd şəhər və rayonlarında qeydiyyatda olan vətəndaşları qəbul edəcək.
Bu barədə SİA-ya Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, qəbula yazılmaq istəyən vətəndaşların oktyabrın 15-nə qədər rəsmi elektron poçt ünvanına ([email protected]) və ya "mygov" portalı vasitəsilə müraciət edərək qeydiyyatdan keçmələri və qəbula gələrkən şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirmələri zəruridir.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB