Türkiyə əsgəri Ərəbistana gedir - QƏRAR

Türkiyə əsgəri Ərəbistana gedir - QƏRAR

Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək. SİA-nın "TRT Haber"ə istinadən verdiyi əlumata görə, dünən Məkkə Birgə Müdafiə Sazişi çərçivəsində keçirilən fövqəladə iclasda bəyanat qəbul edilib:

"Komitə kollektiv müdafiə öhdəliklərinin icrasına təxirəsalınmadan başlamağı, bu çərçivədə, tərəflərin milli qanunvericiliyinə uyğun olmaq şərtilə razılaşdırılmış hərbi qüvvələrin və imkanların Səudiyyə Ərəbistanına sürətlə yerləşdirilməsi istiqamətində tədbirlər görməyi, bununla da təhdidlərlə mübarizəyə yönəlmiş hazırlıq vəziyyətini, hərbi inteqrasiyanı və kollektiv potensialı gücləndirməyi qərara alıb”.

Mətləb Salahov

Bütün xəbərlər Facebook səhifəmizdə