Ayrılıq yamandır, dözmək də olmur,
Bu dərdi kimləsə bölmək də olmur,
Süni gülüşlərlə yaşasam belə
Yalandan xoşbəxtəm demək də olmur!
Nə vaxtsa ürəkdə bitsə də sözüm,
Yenə də lal olub, susub yaşaram.
Axan şəlaləyə dönsə də gözüm,
Ətrafa sevincli gözlə baxaram!
Ayrılıq od olub düşdü canıma,
Yerimi başqası mütləq tutacaq.
Qəmginlik dost olub gəldi yanıma,
Xoşbəxtlik qapımı bir yad açacaq!
Tək qalıb özümlə qaranlıqda mən,
Zamanla kədəri unudacağam.
Kövrək gözlərimi görməsin deyə,
Yaşları gözümdə qurudacağam!
Günlər gələcəkdir, günlərdən gözəl,
O gözəl günləri bəlkə görmədim.
İllər dəyişəcək, illərdən gözəl,
Ayrılıb həyatdan bəlkə görmədim!?...
Alone
Bütün xəbərlər Facebook səhifəmizdə