"Bu gün dünyada spirtli içki içmək təhlükəlidir", deyilsə də, məsələn, elə bizdə bəzi istisnalarla, hamı içir. Təbii ki, biz hələ şimal qonşumuz ruslara çata bilməmişik. Məsələn, bu yaxınlarda Rusiyada aparılan araşdırmanın nəticələrinə görə, 15-54 yaş arası vətəndaşlar arasında ölümlərin yarıdan çoxunun alkoqol istifadəsi ilə əlaqəli olduğu bildirilib. Belə olan halda, yəni bütün bəlaların içkidən gəldiyini nəzərə alsaq, bu halda gərək biz içkiyə nifrət edək. Edirikmi, təbii ki yox, əksinə, onu daha çox “sevirik”.
Qeyd edək ki, bir müddət bundan əvvəl ingilis professor Robert Dudley bəşəriyyətin içməyə olan meylinin bir növ təkamüllü asma ilə əlaqələndirib. Onun mülahizəsinə görə, alkol, daha doğrusu etanol təbiətdə mövcuddur. Ancaq o maya kimi yetkin meyvələrdəki şəkəri parçaladıqda görünür. Şirin, yetişmiş meyvə son dərəcə vacib bir kalori mənbəyidir. Belə başa düşülməlidir ki, alkoqol axtararkən yetişmiş meyvə vasitəsilə siz, maraqlı da olsa, bonus olaraq bir enerji mükafatı ala bilərsiniz.
Qeyd edim ki, alkoqolda kalori olduğunu iddia edən ingilis professor təbii fermentləşdirilmiş meyvələrin alkoqol tərkibi olduqca az olduğundan, onun əlaqəli faydalarının zərərindən çox olduğunu bildirir.
Maraqlıdır ki, Robert Dudleyin yazdıqlarına münasibət bildirən Norveç Elm və Texnologiya Universitetinin təkamülçü bioloqu Gine Roll: “Bu fərziyyənin hələ kifayət qədər empirik bir təsdiqi yoxdur”, - deyə hımkarının fikirləi ilə razılaşmadığını bildirir.
Maraqlı bir fakt: 2013-cü ildə aparılan bir araşdırmada meymunların az miqdarda spirtli içki qəbul etdikləri təqdirdə onların viruslara qarşı daha davamlı olduqları aşkar edilib. Belə görünür ki, insanın məhdud miqdarda alkoqol qəbulu ona faydalı ola bilər.
Əlavə olaraq, vəhşi meymunlarla aparılan müşahidələr göstərir ki, alkoqollu içkilər əldə etdikləri təqdirdə onlar bunu içirlər. Elm adamları bu qənaətə uzun illər boyu Qərbi Afrikadakı vəhşi şimpanzelərlə bağlı apardıqları araşdırmalardan sonra gəliblər.
“...Son əsrlərdə Avropada misli görünməmiş içmək dövrü yaşanmaqdadır”, - deyən avropalılar “insan sərxoşluğunu həm biologiyaya, həm də mədəniyyətə təsir edən kompleks bir şey” kimi dəyərləndirirlər.
Yeri gəlmişkən, elə avropalıların Amerikaya ayaq açmadıqları günə qədər alkoqolun nə olduğunu bilməyən hindular içkiyə qurşandıqdan sonra bununla bağlı böyük problemlərin yaşadıqları indi çoxlarına məlumdur.
Yeri gəlmişkən, bu gün ruslar da dünyada ən çox içən xalq kimi tanınır axı....
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB