Bir neçə il ərzində Nyu-Yorkda özünü varlı bir alman varisi kimi təqdim edib bankları, bahalı otelləri və restoranları 200.000 dollardan çox aldadan Rusiya əsilli Anna Sorokina ABŞ həbsxanadan azadlığa buraxılıb. SİA bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Verilən məlumata görə, indi Sorokinanın Almaniyaya sürgün ediləcəyi gözlənilir.
Xatırladaq ki, Rusiyada kasıb bir sürücü ailəsində doğulan Sorokina əvvəl Almaniyaya, oradan isə Amerikaya köçüb.
Özünü Anna Delvi kimi təqdim edən Sorokina Nyu Yorkun yüksək cəmiyyətində varlı bir almaniyalının varis kimi tanıtmağa başlayıb.
ABŞ-ın bahalı otellərdə yaşayan Anna xüsusi təyyarə ilə gəzib, ictimai tədbirlərdə iştirak edirdi. Sonralar o saxta çek vasitəsilə banklardan xeyli vəsait əldə edib. Saxtakarlığının üstü açılan Anna dörd il həbsə məhkum edilmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB