Rusiyalı gənc uğursuz sevgidən sığorta istədi

Rusiyada Evgeniy Andreeviç Permyak adlı bir yazar olub və vaxtilə o sevgilisi ilə olan bir arada özünü sığortalamağa çalışsa da rədd cavabı almışdı. Çünki digər ölkələrdə belə təcrübə mövcud olsa da, Rusiyada bədbəxt sevgidən sığortalamırlar. SİA bu barədə “RİA Novosti”-yə istinadən xəbər verir.

Maraqlıdır ki, bu yaxınlarda Permyakın təcrübəsindən istifadə edən gənc bir rus “Yuqoria” sığorta şirkətinə, şirkət əməkdaşlarına qəribə görünən təkliflə müraciət edib. Onun fikrincə, sevgidəki xəyal qırıqlığından sığorta qəza və xəstəliklərdən sığorta proqramı üçün olduqca uyğundur.

Şirkət isə onun bu təklifindən imtina edib. Çünki analitiklər bu gün bir sevgi fasiləsi ehtimalını qiymətləndirə bilmirlər.

“İstisnasız olaraq bütün sığorta şirkətləri riskləri balanslı şəkildə qiymətləndirir, sığorta hadisəsinin baş vermə ehtimalını və tezliyini diqqətlə öyrənirlər”. Bunu gəncə şirkətin Perm filialının direktoru Oksana Şvetsova bildirib.

Filial direktorunun fikrincə, bu gün sevgini “rəqəmsallaşdırmaq mümkün deyil”. Lakin, digər ölkələrdə bu cür müraciətlər cavabsız qlmır . Məsələn, bu gün İngiltərədə təxminən 200 nəfərdən artıq şəxs bədbəxt sevgidən sığortalanıb.

Amerika Birləşmiş Ştatlarında bu cür sığorta təxminən 60 sentə başa gəlir. Bununla birlikdə, tərəflərdən birinin sığortanın qaydalarını pozması təqdirdə, uğursuz əlaqənin digər qurbanı əhəmiyyətli bir təzminata ümid edə bilər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə