Klopp anasının dəfnində iştirak edə bilmədi

Maraqlıdır, öz səhədlərini Yulia Navalniyə açan Almaniya, nədənsə, “Liverpul”un məşqçisi Jurgen Kloppu anasının cənazəsinə gəlməyə icazə vermədi. SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.

Beləliklə, “Liverpul”un məşqçisi 81 yaşlı anası Elizabetin dəfnində iştirak etməməsini “yaşadığı dəhşətli dövrdən qaynaqlanması ilə əlaqələndirib. Qeyd edək ki, COVID-19-la bağlı olaraq Almaniya sərhədlərini hələ də bağlı saxlayır. “Fürsət olan kimi anamın xatirəsini lazım olduğu kimi yad edəcəm”. Klopp bunu jurnalistlərə bildirib.

Xatırladaq ki, COVID-19 məhdudiyyətləri səbəbindən şəxsi kədərlə yanaşı, almaniyalı məşqçi problemlə də üzləşməli olub. Belə ki, komandasının Çempionlar Liqasının 1/16 mərhələsinin ilk turunu keçirmək üçün Almaniyaya- Leypsiqlə girişinə də icazə verilməyib. Beləliklə oyun Budapeştdə baş tutacaq.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə