Futbolçunun ötən həftə ayrıldığı model sevgilisi evində ölü tapılıb
Bavariya"nın futbolçusu Jerom Boatenqin keçmiş sevgilisi model Kasia Lenhardt evində ölü tapılıb.
SİA xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Berlin polisinin ötən gün cəsədi tapdığı bildirilib.
Həmçinin qeyd olunub ki, meyitin üzərində zorakılıq izlərinə rast gəlinməyib.
Bundan əvvəl Boatenqin keçən həftə sevgilisi ilə 15 aylıq münasibətinə son verdiyi xəbərləri yayılmışdı.
Almaniyanın "Bild" nəşri isə Lehnhardtın yanvar ayında Boatenqin avtomobilində qəza keçirdiyi və həmin vaxt onun qanında alkaqol aşkarlandığı haqda yazmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB