Mişel Obama "Netfix" platformasında uşaqlar üçün yeni şou verlişi hazırlayacaq

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın xanımı Mişel Obama "Netfix" platformasında uşaqlar üçün yeni şou verlişini başladır.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə M.Obama öz "Twitter" səhifəsində elan edib.

"16 Martda "Netflix"də "Vaffli+Moti" adlı yeni bir veriliş açacağımı bildirməkdən məmnunam! Bütün dünyadan ailələri və uşaqları dadlı yeməkləri araşdırdığımız, bişirdiyimiz və yeyən zaman sərgüzəştlərimizdə bizə qatılmalarını səbirsizliklə gözləyirəm" - Obama yazıb.

Xatırladaq ki, 2018-ci ildə Barak Obama və həyat yoldaşı Mişel müxtəlif formatlı filmlərə prodüsserlik etmək üçün "Netflix" yayım xidməti ilə müqavilə bağlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə