Kişi 4 milyon dollar borcu olduğunu öyrəndi

Şəxsi avtomobilini 600 min rubla satmaq istəyən Moskva sakini dörd milyon dollar borcunun olduğunu öyrənib.

SİA bu barədə “Komsomolskaya Pravda” nəşrinə istinadən xəbər verir.

Belə ki, təqaüddə olan 54 yaşlı moskvalı kişi səhhətində yaranmış problemlə bağlı avtomobilini satmaq istəyib. Lakin banka gedərkən onun dörd milyon dollar borcdan əlavə bütün əmlakına da həbs qoyulduğunu aşkar edib.

Poçt qutusundan vaxtı keçmiş çağırış vərəqəsi tapan kişi, İngiltərədəki “BenzicrayHoldings” şirkətinin ondan “Granwood Systems Limited”-də menecer işlərkən aldığı dörd milyon dolları geri qaytarması tələbi ilə sorğu göndərib. Maraqlıdır ki, əks halda şirkət onu məhkəməyə verəcəyi ilə hədələyirdi.

“Mən heç vaxt menecer işləməmişəm və belə bir şirkət haqqında eşitməmişəm, heç İngiltərədə də olmamışam”-deyən yaşlı kişi apellyasiya şikayəti vermək niyyətində olduğunu və vəziyyətinin daha da pişləşdiyini bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə