Son onilliklərdə Rusiyanın bir çox şəhərində Qafqaz millətləri nümayəndələrinin geniş icmalarının meydana gəldiyini yazan rus mediası çox vaxt bu icmaların ruslarla münasibət qurmağı bacarmadığını bildirir. SİA bu barədə rus mətbuatına istinadən yazır.

Rusların etirafına görə, bu gün Moskvanın bir çox yerli sakini ölkənin cənub respublikalarından gələnlərin "qanunsuz" hərəkətlərindən şikayətlənsələr də, qafqazlılarla "göz-gözə" gəlməkdən qorxurlar. Maraqlıdır, niyə? Qeyd edək ki, burada əminliklə, rusların sadəcə olaraq, qafqazlılardan qorxduqlarını bidirən rus mediası, bunun üçün məntiqi bir izahatın olduğunu da önə çəkir. .

Ruslar etiraf edirlər: Qafqazlı oğlanlar həmişə döyüşçü kimi böyüdülürlər ki, bu da onların çoxunun həqiqətən cəsur kişilər kimi formalaşmasına gətirib çıxarır. Qafqazlıların ənənəvi olaraq daha sağlam bir həyat tərzi sürmələri, onların idmana çox vaxt ayırmaları onlar arasında gözə çarpan dərəcədə güclü və davamlı kişilərin meydana gəlməsinə səbəb olur.

Yeri gəlmişkən qeyd edək ki, bunları ermənilərə şamil etmək doğru olmaz. Çünki, onlar bu ərazilərdə doğulsalar da, rus tədqiqatçısı V.Veliçko demişkən, onların "damarlarından hər cür qan axır".

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə